ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının yeni inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır
Bakı,12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər elmə, alimə həmişə yüksək qiymət verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn AMEA-nın müxbir üzvü İbrahim Əzizov deyib.
Qeyd edilib ki, Ulu Öndərin AMEA-nın inkişafına böyük diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının fəaliyyəti sürətlənib. Hazırda dahi liderin siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ulu Öndərin xatirəsi Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.