ELM VƏ TƏHSİL


Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiq edilib

Bakı, 1 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin birinci müavini Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyev, müavinləri AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevdir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, Akademiyanın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə, məsul katibi AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyevdir.

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti 38 üzvdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.