ELM VƏ TƏHSİL


Azərbaycan Milli Konservatoriyasının qəbul planında V ixtisas qrupu üzrə 18 yer boş qalıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının 2021-2022-ci tədris ili üzrə qəbul planında V ixtisas qrupu üzrə 18 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq, dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu) və vokal sənəti (milli vokal) üzrə ödənişli əsaslarla təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Təhsil əyani formadadır.

Xatırladaq ki, ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.