SİYASƏT


Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Türkiyə parlamentinin xüsusi iclasında iştirak edəcək

Bak, 13 iyul, AZƏRTAC 

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul – çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün iyulun 14-də Ankaraya səfər edəcəklər. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun dəvəti ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz 2016-cı ildə baş vermiş çevriliş cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.