MƏDƏNİYYƏT


Azərbaycan Milli Musiqi Günü Tbilisidə qeyd olunub

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Musiqi Günü Tbilisidə Nəriman Nərimanovun ev-muzeyində qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə musiqiçilər, ziyalılar iştirak ediblər.

Tədbir çərçivəsində ev-muzeyinin həyətində, açıq havada Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət sərgi açılıb.

Bildirilib ki, pandemiya səbəbindən builki tədbir bir qədər fərqli formatda təşkil olunub.

Muzeyin əməkdaşı Leyla Əliyeva çıxış edərək Azərbaycan musiqi tarixi, Gürcüstanda Azərbaycan musiqisinin tanıdılması istiqamətində görülən işlər və dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Aşıq Nargilə Mehdiyeva, Rasim və Ramin Pirməmmədov qardaşları Azərbaycan xalq və bəstəkar mahnılarını, Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının xoreoqrafı Nairə Paşayeva, solist Niyaz Paşayev “Naz eləmə”, “Uzundərə”, “Sarı gəlin” və digər Azərbaycan xalq rəqslərini ifa ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.