Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb

Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyi bu gün dünyanın aparıcı muzeyləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində muzeylər arasında imzalanmış Anlaşma memorandumlarına əsasən xarici muzeylərdə Azərbaycan xalçalarından ibarət tematik sərgilər və mühazirələr təşkil olunur, mədəniyyət sahəsində birgə layihələr həyata keçirilir, elmi konfranslar təşkil olunur, xarici kolleksiyalarda qorunan Azərbaycan xalçaları üzərində elmi-tədqiqat işləri aparılır, xalçalarımız kataloqlaşdırılır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalça sənətinin qorunması, saxlanılması və inkişaf etdirilməsi sahəsində imzalanmış sərəncamlarına əsasən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, ölkəmizin muzey tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi Afrika-Ərəb regionuna daxil olan Mərakeş muzeyləri ilə əməkdaşlıq əlaqələri qurub.

Mərakeş Krallığının ölkəmizdəki səfirliyi və bu ölkənin Milli Muzeylər Fondunun dəstəyi ilə Mərakeşdə səfərdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bir sıra görüşlər keçirib, əməkdaşlıq protokolu imzalayıb.

Mərakeş Krallığının Mədəniyyət, gənclər və idman naziri Əlhəsən Abyaba ilə görüşdə nazir iki ölkənin mədəniyyətini birləşdirən proqramın hazırlanmasını təklif edib. Proqram çərçivəsində ölkələrimizin musiqisi, muzey işi və milli mədəni irsin təbliği sahəsində müxtəlif layihələrin keçirilməsi nəzərdə tutulub.

Görüşdə Ş.Məlikova Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını ona çatdırıb, ölkəmizdə dövlət tərəfindən siyasi-iqtisadi və mədəni sahədə, xüsusilə milli irsin qorunması istiqamətində aparılan uğurlu işlər barədə ətraflı məlumat verib, iki ölkə arasında mədəni əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edib.

Sonda Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab Mərakeş nazirinə hədiyyə olunub.

Səfər zamanı Mərakeş Milli Muzeylər Fondunda da görüş keçirilib. 2011-ci ildə yaranmış Mərakeş Milli Muzeylər Fondunun məqsədləri ölkədə muzey sahəsinin inkişafı, muzey kadrlarının yetişdirilməsi, dünyada tanınmış muzey sərgilərinin Mərakeşdə nümayiş olunması, ölkə incəsənətinin dünyaya təbliğidir. Bu günə qədər təşkilat tərəfindən beş muzey fəaliyyətə başlayıb. Onların sırasında Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi və Milli Fotosənəd Muzeyi (Rabat şəhəri), Dar Al Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyi (Marrakeş şəhəri) qeyd etmək olar. Təqdirəlayiq haldır ki, muzeylər tarixi binalarda yerləşdirilərək onların bərpası və qorunması da həyata keçirilir. Bütün quruculuq və konsepsiya işləri yerli mütəxəssislər tərəfindən reallaşdırılır.

Bu gün Mərakeş Milli Muzeylər Fondu dünyanın Quqqenhaym, Dövlət Ermitajı, Çin Milli Muzeyi, Luvr, Orsey, Jorj Pompidu Mədəniyyət Mərkəzi kimi mədəniyyət ocaqları ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Sevindirici haldır ki, bu muzeylər sırasında Azərbaycan Milli Xalça Muzeyi də var.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Qotbi ilə görüş keçirib. İkitərəfli görüşdə birgə layihələr müzakirə olunub və əməkdaşlıq memorandumu imzalanıb. Qeyd edək ki, muzey sahəsində Azərbaycanda ilk dəfə Mərakeş muzeyləri ilə əməkdaşlıq sazişi imzalanıb. Fondun prezidenti Mehdi Qotbi bildirib ki, dost Azərbaycanın milli mədəni irsi, adət-ənənələri və müasir incəsənəti 44 milyon əhalisi olan Mərakeş Krallığında böyük maraqla qarşılanacaq. Bu gün dünyada xalça sahəsində qabaqcıl muzeylərdən biri olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tekstil eksponatlarının qorunması, sərgilənməsi və bərpa təcrübəsinin Mərakeş muzeylərində tanıdılması, Azərbaycan-Mərakeş ənənəvi xalça toxuculuğu üzrə mübadilə proqramları, birgə sərgilərin keçirilməsi məsələləri müzakirə olunub.

Mərakeş Milli Muzeylər Fonduna “Ənənəvi texnologiya” şöbəsində hazırlanan “Malıbəyli” xalçası və muzeyin nəşrləri – “Azərbaycan Xalça Muzeyi 50”, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” və “Lətif Kərimov” kitabları hədiyyə edilib.

Mərakeş Krallığına səfər zamanı Şirin Məlikova Rabat şəhərində fəaliyyət göstərən muzeylər – Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi ilə tanış olub. Müasir İncəsənət Muzeyinin direktoru Abdelaziz El İdrissi ilə görüşdə bu muzeylərdə birgə layihələrin keçirilməsi, iki ölkənin xalça irsinin təbliği məqsədi ilə sərgilərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, VI Məhəmməd Müasir İncəsənət Muzeyi Mərakeşin aparıcı muzeyidir. Burada Fransanın Luvr və Orsey, Jorj Pompidu Müasir İncəsənət muzeyləri, İspaniyanın Pablo Pikasso Muzeyinin sərgiləri keçirilib, Rabat incəsənət biennaleləri təşkil olunur.

Mərakeş Krallığına səfər çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Marrakeş şəhərinin Dar El Başa Muzeyi, Dar si Said xalça və toxuculuq muzeyi, bərbər tayfalarına həsr olunan muzeyi və İv San Loran muzeyinin ekspozisiyası ilə tanış olub. Dar El Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyinin direktoru Salima Aitmbareklə görüşdə iki mədəniyyət ocağı arasında gələcək əməkdaşlıq, o cümlədən xalça toxuculuğu üzrə ustad dərsləri və mühazirələrin mübadilə proqramları, bizim və bərbər tayfalarının xalçaçılıq sənəti sahəsində mədəni irsin elmi araşdırılması müzakirə olunub.

Qeyd edək ki, Marrakeş şəhəri ölkənin turist paytaxtı sayılır. Bura il ərzində çoxsaylı qonaqlar gəlir, beynəlxalq musiqi və film festivalları təşkil olunur, bunun nəticəsində muzeyləri ziyarət edən qonaqlar sırasında dünya şöhrətli simalar da var.

Mərakeş Krallığının mədəniyyət ocaqları və Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlığı iki dost xalq arasında mədəni əlaqələrin inkişafına böyük təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb