SİYASƏT


Azərbaycan-Moldova əməkdaşlığının perspektivləri müzakirə olunub

Kişineu, 5 oktyabr, AZƏRTAC

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov oktyabrın 5-də Kişineuda Moldovanın Baş naziri Pavel Flip ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Moldova arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əli Əhmədov bildirib ki, ölkələrimiz GUAM çərçivəsində dinamik əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda eyni mövqe tuturlar. Baş nazirin müavini Azərbaycan iqtisadiyyatının son nailiyyətlərindən, dövlətimizin təşəbbüsü ilə həyata keçirilən qlobal energetika və nəqliyyat layihələrindən danışıb. Eyni zamanda, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ağır vəziyyəti ölkəmiz üçün başlıca problem olaraq qalır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.