İDMAN


Azərbaycan-Moldova futzal oyunu başlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşır.

“İdman TV”dən canlı yayımlanan oyunu çexiyalı baş hakim Ondrey Çerny idarə edir. Ona latviyalı İngus Puriņş və almaniyalı İngo Heemsoth kömək edirlər.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.