İDMAN


Azərbaycan-Moldova oyununu italiyalı hakim idarə edəcək

Bakı, 17 fevral, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev matçının hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona san-marinolu Daniele Dadamo köməklik göstərəcək.

Martın 4-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-Moldova görüşü saat 19:00-da başlayacaq.

Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.