SİYASƏT
Azərbaycan-Moldova parlamentlərarası əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb VİDEO
Nur-Sultan, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstana səfəri çərçivəsində sentyabrın 24-də Moldova parlamentinin Sədri xanım Zinaida Qreçanıy ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı məsələləri müzakirə olunub. Bu münasibətlərin inkişafının intensiv xarakter daşıması yüksək qiymətləndirilib.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Moldova arasında əməkdaşlıq nümunəvi olmaqla bərabər, xalqlarımızın maraqlarını tam şəkildə ifadə edir.
Söhbət zamanı Azərbaycan-Moldova parlamentlərarası əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.
Oqtay Əsədov Zinaida Qreçanıyı ölkəmizə səfərə dəvət edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan