CƏMİYYƏT


Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi xeyriyyə tədbiri keçirib

Podqoritsa, 29 iyul, AZƏRTAC

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi “Azmont İnvestment”in dəstəyi və ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Monteneqronun Rozaje bələdiyyəsində aztəminatlı ailələrə ərzaq paketləri paylayıb. Xeyriyyə aksiyası Monteneqroda fəaliyyət göstərən “MERHEMET” təşkilatının vasitəçiliyi ilə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu dostluq aksiyasının məqsədi yeni növ koronavirusun səbəb olduğu mövcud vəziyyətdə həmrəylik nümayiş etdirmək və qayğı göstərmək, böhran dövründə ən çox ehtiyacı olanlara kömək etməkdir.

Mərkəz və “Azmont İnvestment” bu istiqamətdə fəaliyyətlərini davam etdirərək, Azərbaycan ilə Monteneqro arasındakı dostluq münasibətlərinə öz töhfələrini vermək niyyətindədirlər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.