İDMAN


Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək

Bakı, 26 oktyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində keçiriləcək Azərbaycan-Monteneqro oyununun məkanı bəlli olub.

AZƏRTAC xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda təşkil olunacaq. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.