MƏDƏNİYYƏT


Azərbaycan “Moskva premyerası” festivalında iştirak edəcək

Moskva, 10 oktyabr, AZƏRTAC

Rusiya paytaxtında MDB ölkələrinin “Moskva premyerası” Beynəlxalq Kino Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan kinematoqrafçılarının iki filmi nümayiş etdiriləcək. Oktyabrın 29-dan noyabrın 3-dək davam edəcək festival MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilir.

Kinofestival çərçivəsində Azərbaycan kinematoqrafçılarının – Elmar İmanovun “Mövsümün sonu” və Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmləri nümayiş olunacaq. Bütün filmlər istehsalçı ölkənin dilində, rus dilində subtitrlərlə təqdim ediləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.