SİYASƏT


Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.