CƏMİYYƏT


Azərbaycan Müəllim İnkişafı Mərkəzi Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçib

Bakı, 12 iyun, AZƏRTAC

Kembric Universitetinin bölməsi olan Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdiyini bildirib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, AMİM müəllimlərə İngiltərə, Uels və Şimali İrlandiya üçün mövcud olan tədris və öyrənmə və ikidilli şəxslərin tədrisi üzrə ali təhsil kvalifikasiyası üçün meyarların 4-cü və 5-ci səviyyəsində peşəkar inkişaf kvalifikasiyası - sertifikat və diplom proqramlarında iştirak etmək imkanı təqdim edəcək. Kembric Peşəkar İnkişaf Kvalifikasiyası sertifikatları 4-cü səviyyədə 60, diplom isə 5-ci səviyyədə 60 akademik kreditə malikdir.

Peşəkar inkişaf kvalifikasiyaları proqramları təkcə mükəmməl tələbə öyrənməsini deyil, həm də müəllimlərin davamlı peşəkar inkişafına dəyər və dəstək verərək onların bir ömürboyu öyrənənlərə çevrilməsini dəstəkləyir.

Kembric peşəkar inkişaf kvalifikasiyaları proqramı ərzində müəllimlər müvafiq təhsil düşüncəsi və ən yaxşı beynəlxalq təcrübələrə tənqidi şəkildə yanaşacaq, öz tədris təcrübələrinə yeni fikirlər və yanaşmalar tətbiq edəcəklər. Onlar gələcək inkişafı planlaşdırmaq və tələbələrin öyrənməsinin keyfiyyətini yaxşılaşdırmaq üçün təcrübə və nəticələr haqqında fikir mübadiləsi aparacaqlar.

Proqram 3 tədris modulundan ibarətdir – sertifikat bir modulu, diplom isə əlavə daha iki modulu əhatə edir. Hər bir modul təlimatlı təlim, fərdi təhsil və iş əsaslı öyrənmədən ibarətdir. Hər modul 4 ay ərzində 120 saatlıq təlim və hazırlıq tələb edir.

Yeni tədris ilində Kembric peşəkar inkişaf kvalifikasiyaları proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə müraciət edə bilərlər ([email protected]).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.