İQTİSADİYYAT


Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir

Bakı, 15 oktyabr, AZƏRTAC

“TurStat” analitik agentliyi rusiyalı turistlərin xaricdə istirahətinin turizm istiqamətləri üzrə “National Geographic Traveler Awards 2018” mükafatı uğrunda səsvermənin yekunlarını təhlil edib.

AZƏRTAC “TurStat” agentliyinə istinadla xəbər verir ki, ən yaxşı turizm istiqamətləri üzrə səsvermə “National Geographic Russia” internet-saytında keçirilib.

Azərbaycan ekskursiya turizmi üzrə populyar olan ölkələrin ilk üçlüyünə daxil olub.

“TurStat”ın məlumatına görə “Ekskursiya istirahəti” nominasiyasında səslərin 25 faizi Çexiyaya, 22 faizi Fransaya, 20 faizi Azərbaycana, 18 faizi Britaniyaya, 15 faizi isə Portuqaliyaya verilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycan İtaliya və Özbəkistanla birlikdə rusiyalıların qastronomik turizm istiqamətində ilk üçlükdə yer tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.