İQTİSADİYYAT


Azərbaycan-Niderland arasında ticarət dövriyyəsində ötən il 53 faiz artım olub

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan-Niderland arasında ticarət dövriyyəsində ötən il 53 faiz artım olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşündə deyib.

Nazir Şahin Mustafayev Rene Van der Lindenin Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan-Niderland əlaqələrinin inkişafı istiqamətindəki fəaliyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Diplomatik Akademiyası və Maastrixt İdarəetmə Məktəbi arasındakı əməkdaşlığın digər sahələrdə də əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Azərbaycan-Niderland iqtisadi əlaqələri barədə danışan nazir Şahin Mustafayev ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və sair sahələrdə əməkdaşlıq etdiyini, ticarət dövriyyəsinin 2017-ci ildə 53 faiz artdığını, qarşılıqlı investisiya qoyuluşlarının çoxaldığını və Azərbaycanda Niderland şirkətlərinin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu günlərdə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan limanın genişləndirilməsi sahəsində bu şirkətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.