İQTİSADİYYAT


Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair qərarının qüvvədə saxlanılmasına razılıq verib

Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair qərarının qüvvədə saxlanılmasına razılıq verib

Bakı, 4 dekabr, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib.

“Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır”, - deyə o əlavə edib.

“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.