SİYASƏT


Azərbaycan Ordusu bizim şərəf, qürur, güvənc yerimizdir

Bakı, 26 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Ordusu bizim şərəf, qürur, güvənc yerimizdir. Ordumuzun yaranması, möhkəmlənməsi üçün illər sərf olunub, böyük əziyyətlər çəkilib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən orduya xüsusi diqqət ayırılıb, bu sahə ümumi siyasətin prioritet istiqamətlərindən birinə çevirilib. Çünki həmin dövrə qədər artıq torpaqlarımızın bəlli qismi işğal olunmuşdu, AXC-Müsavat hakimiyyətinin birillik fəaliyyəti dövründə yaratmış olduğu hərc-mərclik, anarxiya, xaos bütün sahələr kimi orduya da mənfi mənada öz təsirini göstərmişdi. Digər sahələr kimi, orduda da hər şeyi bünövrədən, sıfırdan qurmağa ehtiyac vardı. Bunu Heydər Əliyev bacardı. Bu dahi şəxsiyyət ordunu da yenidən qurdu, onu müasir standartlara uyğunlaşdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman Azərbaycan Ordusuna xüsusi diqqət göstərib və Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri yüksək ləyaqətlə və peşəkarlıqla icra edib. Uzun müddətlik atəşkəsdən sonra baş vermiş müharibədə, Aprel döyüşlərində də Ordumuz bir daha sübut etdi ki, işğal altındakı torpaqlarımızı azad etməyə hər zaman hazırdır, buna qadirdir. Şübhəsiz ki, Azərbaycanın işğal altındakı əzəli, qədim torpaqlarını Ermənistan uzun müddət əlində saxlaya bilməyəcək. Çünki bütün dünya bilir ki, haqq kimin tərəfindədir. Bütün bəşəriyyət fərqindədir ki, Xocalı soyqırımı kimi dəhşəti törədən Ermənistan hər mərhələdə, hər etapda diplomatik, siyasi, hərbi məğlubiyyətər yaşamağa məkumdur.

Müasir Azərbaycan Ordusunun qüdrətindən danışan Elşən Musayev vurğulayıb: “Müasir Ordumuzun texniki bazası, onun peşəkar kadr heyəti ən yüksək səviyyədədir. Bizim Ordunun gücü ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində gəlib bu günlərə çıxmış, müstəqilliyini hər mənada qoruyub saxlaya bilmiş əzəmətli Azərbaycanımızın gücünə adekvatdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.