ELM VƏ TƏHSİL


Azərbaycan Ordusu hər an düşmənə layiqli cavab vermək əzmindədir

Bakı, 27 iyun, AZƏRTAC

Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan III kurs tələbəsi Sultan İbrahimli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb.

İkinci kurs tələbəsi Rəhilə Yusifova ulu öndər Heydər Əliyevin 1998-ci il 2 may tarixli Fərmanına əsasən, iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildiyini diqqətə çatdırıb və ölkəmizdə güclü, qüdrətli, yüksək döyüş hazırlığına malik ordunun yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Üçüncü kurs tələbəsi Elmira İsayeva son illər ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının möhkəmləndiyini və hər an düşmənə layiqli cavab vermək əzmində olduğunu bildirib.

Sonda TGT tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir tələbə-gənclərin ruh yüksəkliyini ifadə edən çıxışları ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.