SİYASƏT


Azərbaycan Ordusuna Yardım Fonduna yanvarın 5-dək 230 milyon manatdan çox vəsait yığılıb

Bakı, 5 yanvar, AZƏRTAC 

Müdafiə Nazirliyi cari il yanvarın 5-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Fonda 211 milyon 920 min 320,58 manat, 11 milyon 176 min 390,65 ABŞ dolları, 183 min 484,92 avro, 593 min 924,33 türk lirəsi, 1844,72 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.