SİYASƏT


Azərbaycan Ordusunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbirlər keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Ordusunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, hərbi həkimlər, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər son illərdə Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən və aparılan digər tədbirlərdən danışıblar.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri də vəzifə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibənin ən çətin günlərində belə hərbi həkimlərimiz yaralılara ilkin tibbi yardım göstərərək onların döyüş meydanından təxliyə olunması üzrə üzərilərinə düşən tapşırıqları şərəflə yerinə yetiriblər.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup tibb işçisi mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.