Azərbaycan Ordusunda “Açıq qapı” günü keçirilib
AzerTAg.az
09.11.2018 [21:24]
Bakı, 9 noyabr, AZƏRTAC
Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.
“Açıq qapı” günü çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
09.06.2023 [21:42]
09.06.2023 [18:17]
09.06.2023 [15:00]
08.06.2023 [20:49]














MULTİMEDİA
09.06.2023 [21:46]
09.06.2023 [19:55]
09.06.2023 [19:05]
09.06.2023 [17:57]
09.06.2023 [21:42]
09.06.2023 [21:35]
09.06.2023 [20:50]
09.06.2023 [20:39]
09.06.2023 [22:28]
09.06.2023 [20:35]
09.06.2023 [19:06]
09.06.2023 [18:59]
09.06.2023 [18:49]
09.06.2023 [18:19]
09.06.2023 [17:17]
06.06.2023 [13:06]
06.06.2023 [13:01]
09.06.2023 [20:43]
09.06.2023 [18:30]
09.06.2023 [17:33]
09.06.2023 [22:29]
09.06.2023 [19:04]
09.06.2023 [14:54]
09.06.2023 [21:16]
09.06.2023 [21:05]
09.06.2023 [20:57]
Xəbərin mətnində orfoqrafik səhv var