SİYASƏT


Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılır.

Məqsəd mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməkdən ibarətdir.

Qaliblər müsabiqənin yekun nəticələrinə əsasən müəyyən ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.