SİYASƏT


Azərbaycan Ordusunda “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib VİDEO

Bakı, 13 iyun, AZƏRTAC 

Bu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri arasında “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Üç gün davam edən yarışda iştirakçıların praktiki bacarıqları ilə yanaşı, nəzəri bilikləri də test üsulu ilə yoxlanılıb.

Sonda ümumi nəticəyə görə qaliblər müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.