SİYASƏT


Azərbaycan Ordusunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir VİDEO

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə “N” hərbi hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Çıxış edənlər vurğulayıblar ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyətini dərindən öyrənməkdir.

Qeyd olunub ki, hərbi qulluqçular arasında belə tədbirlərin keçirilməsi şəxsi heyətə milli-mənəvi dəyərlərin aşılanmasında və onun vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında Nizami Gəncəvi və Əfzələddin Xəqaninin əsərlərinə yazılmış romanslar və muğamlardan ibarət “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili kompozisiyalar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.