SİYASƏT


Azərbaycan Ordusunda növbəti “Komando başlanğıc kursu” başa çatıb

Bakı, 6 fevral, AZƏRTAC

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb.

Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən belə kursların əhəmiyyəti xüsusi qeyd edilib.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.