SİYASƏT


Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q.Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.