SİYASƏT


Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanın müdafiə naziri ilə görüşüb

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib.

Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.