SİYASƏT


Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyəyə səfəri davam edir

Bakı, 13 sentyabr, AZƏRTAC

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələr Komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafı, həmçinin hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsindən danışılıb.

Son zamanlar iki qardaş ölkənin birgə təlimlərinin əhəmiyyəti xüsusi vurğulanaraq, bu kimi təlimlərin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından müstəsna rol oynayacağı bildirilib və gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib.

General-leytenant Kərim Vəliyev Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin hazırda Bakıda keçirilən “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacib hesab etdiyini bildirib.

Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə edilib.

Sonra Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ərazisi ilə tanışlıq keçirilib.

Sonda qarşılıqlı şəkildə plaketlər təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.