SİYASƏT


Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri Türkiyə və Şimali Kipr KİV-lərində geniş işıqlandırılıb

Ankara, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri Türkiyə və Şimali Kiprin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, aparıcı informasiya mənbələrindən Anadolu Agentliyi, “TRT Haber”, “CNN Türk”, “NTV” televiziya kanalları, eləcə də qəzetlər təlimlər barədə türkdilli oxuculara ətraflı məlumat çatdırıblar. Məqalə və süjetlərə  www.aa.com.tr, www.trthaber.com, www.sabah.com.tr, www.ntv.com.tr, www.avim.org.tr, www.kibrisgazetesi.com, www.kibrisadahaber.com, www.cnnturk.com saytları vasitəsilə baxmaq olar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.