ORDU
Azərbaycan Ordusunun hərbi qulluqçuları İspartada keçirilən təlim kursunda buraxılış sertifikatları alıblar
Ankara, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında təlim kursu keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi olub.
Türkiyədəki səfirliyimizdən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi general-mayor İlqar Lətifov və ölkəmizin Türkiyə Respublikasındakı Hərbi Attaşelik Aparatının nümayəndələri iştirak ediblər.
Kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara