SİYASƏT


Azərbaycan Ordusunun hərbi qulluqçularının növbəti qrupu Türkiyədə keçirilən komanda kursuna yola salınıb VİDEO

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi qulluqçular qarşısında çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə müdafiə nazirinin bayram təbriklərini çatdırıb. O, çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıb.

Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.

Sonra Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.

Şəxsi heyət adından çıxış edənlər Azərbaycan dövlətinə, xalqına, Ali Baş Komandana və hərbi anda daim sadiq qalacaqlarını, bundan sonra da qarşıya qoyulan vəzifələri, verilən əmr və tapşırıqları yerinə yetirməyə hər an hazır olacaqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.