REGİONLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tovuzda dəfn olunub





Tovuz, 6 mart, AZƏRTAC
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi Tovuzun Hunanlar kəndində torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.
Vida mərasimində şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.