SİYASƏT


Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Bakı, 15 fevral, AZƏRTAC 

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Nazirlik, həmçinin bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.