SİYASƏT


Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tədbirdə çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyib. K.Vəliyev müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov çıxış edərək ötən il kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.