Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan Ordusunun şərəfli missiyası: Zəngilan şəhərinin işğaldan azad edilməsindən bir il ötür

Bakı, 20 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 1 il ötür. Düz bir il öncə düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəri bununla bağlı Ali Baş Komandana məruzə etdi: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

AZƏRTAC-ın müxbiri “Zəngilanın səsi” qəzetinin baş redaktoru Salam Cavadlı ilə görüşüb, onun Zəngilan şəhərinin azad olunmasının bir illiyi ilə əlaqədar sevinc dolu hissələrini qələmə alıb.

Zəngilan rayonu haqqında məlumat verən Salam Cavadlı bildirib ki, Azərbaycanın cənub-qərbində, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Zəngilan Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, Cənubdan Araz çayı boyunca İran, Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Vaxtilə rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu, İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 kilometrdir. Ərazisində bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı var. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan füsunkar bir məkandır.

Zəngilan rayonunun respublikada ərazisindən dörd çay keçən yeganə, unikal bir ərazi vahidi olduğunu deyən baş redaktor qeyd edib ki, üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə rayon “Qızıl Zəngilan” adlandırılır.

1993-cü il oktyabrında Ermənistan tərəfindən işğal edilən Zəngilanın düz 27 il sonra - 2020-ci ilin oktyabrında azad olunması xəbərini böyük sevinclə qarşıladığını söyləyən Salam Cavadlı deyib: “Artıq biz köçkünlərin həyatı dəyişib. Qara, boz, solğun rəngləri parlaq, al-əlvan çalarlar əvəz edib. Hər il oktyabr ayında dərdimiz, əzabımız bir daha təzələnirdi. Artıq o qara günlər geridə qaldı. Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti, qətiyyətli rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızı, o cümlədən Zəngilanımızı işğaldan azad etdi. İndi oktyabrı böyük sevinclə gözləyirik. Gözləyirik ki, doğma rayonumuzun azadlığa qovuşduğu günü təm-təraqla qeyd edək”.

“Zəngilanın səsi” qəzetinin baş redaktoru qeyd edib ki, bu ölüm-dirim savaşında tariximizə yaraşmayan qara ləkəni sildik. 27-28 il çiynimizdə, ürəyimizin başında gəzdirdiyimiz ağır yükdən azad olduq. Mənəvi-psixoloji cəhətdən təmizləndik. İçimizdəki mənfi yüklər müsbət enerji ilə əvəzləndi. Düşmən təxribatına cavab olaraq başladığımız müharibə həm də ölkəmizdə yaşayan millətlər üçün şərəfli sınaq oldu. Müharibəyə bütün bölgələrdən qatılan övladlarımız hünər, qorxmazlıq nümunəsi göstərdilər və sübut etdilər ki, Azərbaycan başdan-başa igid oğullar diyarıdır.

Uzun illərdən sonra Zəngilana ayaq basan Salam Cavadlı deyir ki, yolları, şəhərin küçələrini kol-kos basmışdı: “Az sayda dağıdılmamış fərdi ev gözə dəyirdi. Xaricdən gələn erməniləri məskunlaşdırmaq üçün sonradan tikmişdilər. İyrənc məxluqlar mərhumlarımızın qızıl dişlərini çıxarmaq üçün məzarları dağıdıb yerlə-yeksan etmişdilər.

Çox çətinliklə yol tapıb uşaqlıq, gənclik xatirələrimin uyuduğu həyətə, evə gedə bildim. Evimizin daşlarını söküb aparmışdılar. Qaməti əyilmiş tut ağacımıza sığal çəkdim, dərdimi onunla paylaşdım...”.

Azad olunmuş torpaqlarımızda indi abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkiləcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Həmçinin bütün bu yollar köçkünlərin öz yurdlarına qayıdışını sürətləndirəcək.

Zəngilanda Beynəlxalq Hava Limanının da təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış torpaqlarımızda nəqliyyat infrastrukturu ilə yanaşı, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına da başlanılıb. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi də keçirilib.

Aylar bir-birini əvəzlədikcə doğma Zəngilanın isti nəfəsini, elliklə yurd yerlərimizə qayıdışın sevincini hiss edirik. İşğal ayı olan oktyabr bundan sonra zəngilanlılar üçün ancaq bayram ayı kimi qeyd olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb