“Azərbaycan Ordusunun tibbi xidmətinə verdiyi töhfəyə görə” tibb işçiləri təltif olunub
AzerTAg.az
Bakı, 21 iyun, AZƏRTAC
Müdafiə Nazirliyinin Tibb İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə bir qrup tibb işçisinin təltifolunma mərasimi keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, TƏBİB-in struktur bölmələrində və tabeli tibb müəssisələrində fəaliyyət göstərən bir qrup şəxs “Hərbi qulluqçuların müalicə olunmasında Azərbaycan Ordusunun tibbi xidmətinə verdiyi töhfəyə görə” Müdafiə Nazirliyinin Tibb İdarəsinin fəxri fərmanları ilə təltif olunub.
Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəhbər şəxsləri çıxış ediblər.
Qeyd edilib ki, tibb işçilərinin istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində əməyi təqdirəlayiqdir. Xalqımızın və rəşadətli Ordumuzun tibbi xidmətlərlə təmin olunmasında tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib.



Xəbərin mətnində orfoqrafik səhv var