SİYASƏT


Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib

Bakı, 19 iyul, AZƏRTAC 

Çinin Nankin şəhərindəki Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Komanda-qərargah kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun zabiti, mayor İftixar Cəfərov Akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diplom və qızıl medala layiq görülüb. Akademiyanın Ali İmtahan Komissiyasının qərarı ilə ona “Hərb elmləri, hərbi idarəetmə ixtisası üzrə magistr” dərəcəsi verilib.

Qeyd edək ki, cari ildə bu ali hərbi təhsil müəssisəsində 67 ölkədən 165 xarici hərbi qulluqçu təhsil alıb. Akademiyanı bitirən məzunlar arasında qırmızı diplom və qızıl medal yalnız Azərbaycan Ordusunun zabiti, mayor İ.Cəfərova verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.