SİYASƏT


Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb

Bakı, 26 iyun, AZƏRTAC

Pekində yerləşən Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci beynəlxalq müdafiə forumu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.

Forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.

Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikatla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.