İQTİSADİYYAT


Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclası çərçivəsində üç memorandum imzalanıb

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində üç memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistan Respublikasının Prezidenti yanında Sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzbekipaksanoat” Assosiasiyası arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında memorandumlar imzalanıb”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.