İDMAN


Azərbaycan Paralimpiya tarixində ilk dəfə qış idman növündə qızıl medal qazanılıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq turnirə qatılıblar. İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İranda dağ xizəkçiliyi üzrə Asiya çempionatında iştirak edən idmançımız Gülnar Rəhimova ilk yarış günündə “böyük slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək birinci olub.

Çempionatın ikinci günündə isə G.Rəhimova “slalom” üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb.

Fevralın 4-də keçirilən mükafatlandırma mərasimində idmançımıza qızıl medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.