İQTİSADİYYAT


Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

Paris, 23 fevral, AZƏRTAC

Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

“Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, hər il 630-650 min ziyarətçi, minlərlə iştirakçı, 32 min mütəxəssis kənd təsərrüfatındakı yeniliklərlə tanış olmaq üçün bu beynəlxalq sərgiyə qatılır. Builki sərgi martın 3-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.