İQTİSADİYYAT


Azərbaycan Polad İstehsalı Kompleksi “BeLaz”la əlaqələrini genişləndirir

Bakı, 22 aprel, AZƏRTAC 

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərovun Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç və ölkəmizdə səfərdə olan “BeLaz” ASC-nin baş direktoru Pyotr Parxomçiklə görüşü olub.

Kompleksdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti bir daha vurğulanıb.

Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiyası siyasəti, qeyri-neft sektorunun, o cümlədən metallurgiyanın inkişafı istiqamətində görülən işlər, eləcə də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC barədə geniş məlumat verən Samir Cəfərov kompleksin layihələndirilməsi və tikintisi istiqamətində görülən işləri qonaqların diqqətinə çatdırıb.

Pyotr Parxomçik Azərbaycan Polad İstehsalı Kompleksi ilə “BeLaz” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edib.

Səfir Nikolay Patskeviç bildirib ki, Azərbaycan və Belarus arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. Bundan sonra da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi üçün səy göstəriləcək.

Ötən il “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC beynəlxalq lizinq müqaviləsi və sərfəli maliyyə şərtləri ilə uzunmüddətli dövr üçün “BeLaz” ASC-nin istehsal etdiyi 12 ədəd “BeLaz” markalı karyer yük avtomobili alıb. Cəmiyyət bu il də dağ-mədən işlərində istifadə olunan texnika almağı nəzərdə tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.