İQTİSADİYYAT


Azərbaycan Polad İstehsalı Kompleksi kadr hazırlığına başlayıb

Bakı, 17 aprel, AZƏRTAC

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də kadr potensialının formalaşdırılması və elmi-tədqiqat işlərinin aparılması məqsədi ilə işçi qrupları yaradılıb.

Bu barədə AZƏRTAC-a kompleksdən məlumat veriblər.

Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin normalara uyğun qurulması üçün Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə memorandumlar imzalanıb. Azərbaycan Texniki Universitetində, Azərbaycan Texnologiya Universitetində müəllim və tələbə heyəti ilə görüşlər keçirilib, kadr seçimi istiqamətində təbliğat işləri aparılıb. Texniki peşə təhsili də diqqət mərkəzindədir. Bu gün sənayenin təcrübəli qaynaqçıya, çilingərə ehtiyacı var. Gələcəkdə Gəncə şəhərindəki 2 saylı texniki-peşə liseyi ilə əməkdaşlıq nəzərdə tutulub. Burada isə orta texniki heyət hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.