SİYASƏT


Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb

Bakı, 26 yanvar, AZƏRTAC

Bu il Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir.

Layihəni Azərbaycanda partnyor qurum olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edəcək. Eyni zamanda, layihənin icrası zamanı Polşanın Azərbaycandakı səfirliyi və Bakıdakı “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi ilə əməkdaşlıq nəzərdə tutulub.

Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara yaxından tanıtmaq, diaspor və vətəndaş cəmiyyəti olaraq iki ölkə arasından əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində hər iki ölkədə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.

Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.