İQTİSADİYYAT


Azərbaycan Polşada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalında təmsil olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşavada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış edib.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə diplomla təltif olunub.

Qeyd edək ki, 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı çərçivəsində keçirilən elmi konfransla əlaqədar olaraq cari ilin oktyabr ayında Bakı Turizm Peşə Məktəbində “Təhsil dünyanı dəyişə bilər” devizi altında açıq dərs keçirilmişdir. Festivalın təşkilat komitəsi tərəfindən kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərin təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı, bu ildən etibarən beynəlxalq tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb. Bu il beynəlxalq tələbə münsiflər heyətinin Polşa, Braziliya və azərbaycanlı tələbələrdən ibarət olması festival rəhbərliyi tərəfindən təklif edilib. Bu məqsədlə, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin 9 tələbəsindən ibarət münsiflər heyəti yaradılıb. Cari il iyun ayının 22-də Bakı Turizm Peşə Məktəbində münsiflər heyətinin toplantısı keçirilib. Toplantıda "FilmAT” Film, Sənət və Turizm Festivalına dünyanın müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilib və filmlər qiymətləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.