İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” “Zirə”nin qapısından üç cavabsız top keçirib

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi” klubu “Zirə"ni qəbul edib. “Bakcell Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində Dario Frederiko 27-ci dəqiqədə hesabı açıb.

İlk hissə bu hesabla bitib. İkinci yarının əvvəlində flaqmanın hücumçusu Baqali Dabo fərqi artırıb.

Fransalı oyunçu 46-cı dəqiqədə fərqlənib. Oyunun 77-ci dəqiqəsində isə Stiven Monroz 3-cü qolu rəqib qapısından keçirib. Matç “Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun bu postda ilk rəsmi oyunu olub.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib və lider “Qarabağ”la xal fərqini azaldıb. “Zirə” isə 8 xalla beşinci yerdə qalıb.

Qeyd edək ki, VIII turun ilk oyunlarında

“Qarabağ” səfərdə “Qəbələ” ilə, “Sabah” isə “Keşlə” ilə 1:1 hesabı ilə heç-heçə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.