İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” üç məğlubiyyətdən sonra qələbə qazanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyununda "Neftçi" klubu "Səbail" komandasını qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.

"Neftçi"nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Dördüncü xəbərdarlığı alan müdafiəçi XIII turda "Sumqayıt"la ev matçını buraxmalı olacaq.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" klubu “Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.