İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” yenə qələbə qazana bilməyib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.

Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.

Beləliklə, "Neftçi" son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1. Tura saat 18:15-də başlanacaq "Zirə" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.